EİA: Dünya maye yanacaq istehlakı 2040-cı ilə 19% artacaq

EİA: Dünya maye yanacaq istehlakı 2040-cı ilə 19% artacaq Proqnoz: Qarşıdakı illər ərzində ən çox artım qaz istehlakında olacaq
Energetika
15 Sentyabr , 2017 14:02
EİA: Dünya maye yanacaq istehlakı 2040-cı ilə 19% artacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Neft və digər maye yanacaq növlərinin dünya üzrə istehlakı 2015-2040-cı illər arasında nəqliyyat və sənaye sektorlarının hesabına 19% artacaq. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Energetika İnformasiyaları Agentliyinin (EİA) proqnoz hesabatında bildirilir.

Agentlik qeyd edir ki, qlobal maye yanacağın istehlakı 2015-ci ildəki 95 mln. barel/gündən 2030-cı ildə 104 mln. barel/günə, 2040-cı ildə isə 113 mln. barel/günə yüksələcək. Artım, əsasən, OECD üzvü olmayan ölkələr hesabına formalaşacaq. Bu ölkələrdə maye yanacağa tələbat 2040-cı ilə qədər orta hesabla hər il 1,3% artacaq. OECD ölkələrində isə tələbat cüzi də olsa, azalmağa davam edəcək.

EİA-nın hesabatına görə, bərpa olunan enerji dünyada ən sürətlə artan enerji mənbəyi olacaq. 2015-2040-cı illərdə bərpa olunan enerji hər il orta hesabla 2,3% artım göstərəcək.

Ənənəvi xammal yanacağı isə əsas enerji mənbəyi statusunu qoruyub saxlayacaq və 2040-cı ilə qədər onun dünya enerji istehlakında payı 77% təşkil edəcək. Bu yanacaq növləri arasında ən çox istehlak ildə orta hesabla 1,4% qaz üzrə olacaq.

Son xəbərlər

Orphus sistemi