​“Azəriqaz”: Əhalinin təbii qazla təchizatında heç bir problem yoxdur

​“Azəriqaz”: Əhalinin təbii qazla təchizatında heç bir problem yoxdur Birlik havaların kəskin soyuması ilə əlaqədar gündəlik təlabata uyğun əhaliyə verilən təbii qazın həcmini artırıb
Energetika
26 Yanvar , 2016 19:37
​“Azəriqaz”: Əhalinin təbii qazla təchizatında heç bir problem yoxdur

Bakı. 26 yanvar. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi havaların kəskin soyuması ilə əlaqədar gündəlik təlabata uyğun əhaliyə verilən təbii qazın həcmini artırıb.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Birliyin yaydığı məlumatda bildirilir ki, istər Bakı şəhəri və ətraf qəsəbələrdə, istərsə də respublikanın regionlarında əhaliyə təbii qazın verilişində heç bir məhdudiyyət yaranmayıb: 

"Birlik tərəfindən planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan bütün təmir işləri müvvəqqəti olaraq təxirə salınıb. Yalnız qəza hallarının aradan qaldırılması zamanı əhaliyə mavi yanacağın verilişində qısamüddətli fasilələr yarana bilər. Baş verən qəza halları isə “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin qəza xidmətləri tərəfindən operativ olaraq aradan qaldırılır. Eyni zamanda, abonentlərin şikayətlərinin araşdırılması və həll edilməsi məqsədilə Birliyin 104 və 185 qaynar xətləri fasiləsiz fəaliyyət göstərir. Bütün çağırış və müraciətlər operativ surətdə və nəzarət qaydasında icra olunur. İşlərin səmərəli təşkili, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin artırılması məqsədilə Bakı Regional Qaz İstismar Departamenti və Regional Qaz İstismar İdarələri gücləndirilmiş iş rejiminə keçirilərək növbətçilik sistemi yaradılıb".

Məlumatda qeyd edilir ki, ötən gün axşam saat 20:00 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində avtomobilin 159 mm-lik qaz xəttini sındırması nəticəsində Nərimanov və Binəqədi rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yaranıb, “Azəriqaz” İB-nin müvafiq qurumları tərəfindən dərhal həmin ərazidə alternativ xətlər çəkilərək qazın verilişi bərpa edilib.

Birlik tərəfindən istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər bundan sonra da görüləcək. 

Son xəbərlər

Orphus sistemi