Əhali qrupu abunəçiləri üçün elektrik şəbəkəsinə vahid qoşulma tarifi müəyyən ediləcək

Əhali qrupu abunəçiləri üçün elektrik şəbəkəsinə vahid qoşulma tarifi müəyyən ediləcək Bakı. 7 iyun. REPORT.AZ/ Əhali qrupuna daxil olan Azərişıq ASC abunəçiləri üçün elektrik şəbəkəsinə vahid qoşulma tarifi müəyyən ediləcək.
Energetika
7 İyun , 2018 13:03
Əhali qrupu abunəçiləri üçün elektrik şəbəkəsinə vahid qoşulma tarifi müəyyən ediləcək
“Azərişıq” ASC-nin rəsmisi Elsevər Rüstəmov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Əhali qrupuna daxil olan "Azərişıq" ASC abunəçiləri üçün elektrik şəbəkəsinə vahid qoşulma tarifi müəyyən ediləcək. 

"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında qurumun Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

E.Rüstəmlinin sözlərinə görə, bununla bağlı artıq hökumətə təklif göndərilib: "Bildiyiniz kimi, Nazirlər Kabinetinin 28 aprel tarixli qərarı ilə qeyri-əhali qrupu abunəçilərə şəbəkəyə qoşulmaq üçün vahid tariflər təklif olunur. Mayın 3-dən etibarən isə biz bu qrup abunəçilər üçün həmin xidmətləri təklif edirik. Bir sıra qurumların nümayəndələrinin yer aldığı işçi qrupu əhali qrupuna daxil olan abuməçilərin elektrik şəbəkəsinə qoşulması zamanı vahid tarifin müəyyən edilməsi ilə bağlı artıq təklifləri hökumətə göndərib. Ümid edirik tezliklə qəbul ediləcək".

Son xəbərlər

Orphus sistemi