Əfqanıstan SOCAR-la əməkdaşlığı yeni müstəviyə qaldırmaq niyyətindədir

Əfqanıstan SOCAR-la əməkdaşlığı yeni müstəviyə qaldırmaq niyyətindədir Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidentinin Bankçılıq və maliyyə məsələləri üzrə müşaviri Acmal Əhmədini qəbul edib.
Energetika
14 Mart , 2019 16:44
Əfqanıstan SOCAR-la əməkdaşlığı yeni müstəviyə qaldırmaq niyyətindədir

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidentinin Bankçılıq və maliyyə məsələləri üzrə müşaviri Acmal Əhmədini qəbul edib.

“Report”un Şirkətə istinadən verdiyi xəbərə görə, görüşdə Əfqanıstan və Azərbaycan arasında zəngin mədəni və siyasi əməkdaşlıq tarixindən, bu bünövrə üzərində müasir dövrdə iqtisadi əməkdaşlığın genişlənməsi məsələrindən söhbət açılıb. Əfqanıstana neft məhsullarının xaricdən idxal edildiyini deyən Acmal Əhmədi idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını bildirib.

SOCAR-ın dizel və kerosin kimi məhsulları artıq Əfqanıstanın yanacaq bazarına idxal olunur. Gələcəkdə Əfqanıstanla Azərbaycan arasında yanacaq məhsullarının idxalı kimi sahələrdə dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, imkanlar araşdırılıb. İşçi qruplarının vasitəsi ilə əməkdaşlıq imkanlarının dəqiqləşdirilməsi üçün müşavirələrin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Qeyd edək ki, SOCAR müxtəlif əməliyyatları, o cümlədən satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət həmçinin ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır.

Son xəbərlər

Orphus sistemi