Bakı. 7 fevral. REPORT.AZ/ Əfqanıstan Rusiyadan neft nəqlinin artırılmasında maraqlıdır.
“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani bildirib.
“Biz əminik ki, uzunmüddətli əməkdaşlıq üçün çoxlu ümumi maraqlarımız, çağırış və imkanlarımız var. Biz indi və gələcəkdə birgə işləməliyik”, - deyə nazir rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra qeyd edib.
O bildirib ki, tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığı, ticarət əlaqələrini müzakirə ediblər: “Bu münasibətlərdə Rusiyanın Əfqanıstana investisiya imkanları və bizim Ruisyadan neft idxalının artırılmasına marağımız daha çox nəzərdən keçirilib”.