Yuxarı

Əfqanıstan Azərbaycandan LPG alacaq

Əvvəl LPG-nin böyük bir miqdarı Əfqanıstana İran və Türkmənistandan idxal edilirdi

Bakı. 28 noyabr. REPORT.AZ/ Əfqanıstan Rusiya və Azərbaycandan enerji alınmasına dair anlaşma imzalayıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Əfqanıstan Ticarət Nazirliyinin sözçüsü Misafir Kokandı Azərbaycanla 150 min ton, Rusiya ilə 72 min ton mayeləşdirilmiş neft qazı (LPG) satınalma anlaşması imzaladıqlarını açıqlayıb. Kokandı həmçinin bu ölkələrlə anlaşmalara əsasən keçən illərə görə daha aşağı qiymətlə LPG alacaqlarını bildirib.

Qeyd edək ki, daha əvvəl LPG-nin böyük bir miqdarı Əfqanıstana İran və Türkmənistandan idxal edilirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi