ECB rəhbəri: “Aİ-nin Rusiya enerjisindən imtinası bir anda baş verməyəcək”

ECB rəhbəri: “Aİ-nin Rusiya enerjisindən imtinası bir anda baş verməyəcək” Rusiyadan Avrozona ölkələrinə enerji idxalı bir anda digər ölkələrdən gələn enerji təchizatı ilə əvəz edilə bilməz.
Energetika
27 Mart , 2022 18:57
ECB rəhbəri: “Aİ-nin Rusiya enerjisindən imtinası bir anda baş verməyəcək”
Кристин Лагард

Rusiyadan Avrozona ölkələrinə enerji idxalı bir anda digər ölkələrdən gələn enerji təchizatı ilə əvəz edilə bilməz.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard bildirib.

Onun sözlərinə görə, bir çox Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmaq üçün böyük səylər göstərirlər, lakin bu proses uzun çəkir.

“Avrozonanın enerji idxalının 22%-i Rusiyadan gəlir. Bu idxalı bir anda əvəz etmək mümkün deyil. Avrozona həm də nikel, kobalt və vanadium kimi Rusiyanın digər xammallarından çox asılıdır”, - ECB rəhbəri deyib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının bahalaşması geosiyasi gərginliyin nəticəsidir və onun nəticələrini proqnozlaşdırmaq çətindir.

“Biz hazırkı vəziyyətlə bağlı yüksək qeyri-müəyyənlik dərəcəsini nəzərə almağa çalışırıq və bu səbəbdən son proqnozlarımıza ən mənfi ssenariləri daxil etmişik. Enerji qiymətlərinə təsir edən digər amil qeyri-adi hava şəraiti olub ki, bunu da proqnozlaşdırmaq mümkün deyildi”, - K.Laqard fikrini izah edib.

Son xəbərlər

Orphus sistemi