EBRD və Avropa Komissiyası SGC-nin genişləndirilməsinin maliyyələşdirilməsini müzakirə edir

EBRD və Avropa Komissiyası SGC-nin genişləndirilməsinin maliyyələşdirilməsini müzakirə edir “Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birlikdə Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsinə kömək etmək üçün maliyyə dəstəyinin verilməsi imkanını müzakirə edir”.
Energetika
1 Fevral , 2023 17:23
EBRD və Avropa Komissiyası SGC-nin genişləndirilməsinin maliyyələşdirilməsini müzakirə edir

“Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birlikdə Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsinə kömək etmək üçün maliyyə dəstəyinin verilməsi imkanını müzakirə edir”.

Bunu “Report”a müsahibəsində Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

“2027-ci ilə qədər qaz kəmərinin ötürmə qabiliyyətini ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Bundan əlavə, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə SGC-nin genişləndirilməsinə kömək etmək üçün maliyyə dəstəyinin təmin edilməsi imkanlarını araşdırırıq”, - o bildirib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi