​EBRD: TAP Albaniyanın iqtisadi böyüməsinə müsbət təsir edəcək

​EBRD: TAP Albaniyanın iqtisadi böyüməsinə müsbət təsir edəcək Əsas inşaat işləri gələn il başlanılacaq TAP layihəsi üzrə Avropaya ilk Azərbaycan qazı 2020-ci ilin əvvəllərində çatacaq
Energetika
9 Noyabr , 2015 13:41
​EBRD: TAP Albaniyanın iqtisadi böyüməsinə müsbət təsir edəcək

Bakı. 9 noyabr. REPORT.AZ/ 2016-cı ildə Trans-Adriatik Boru Kəmərinin (TAP) layihəsi üzrə əsas inşaat işlərinin başlanması və Avrozonada ətraf mühitin qorunması ilə bağlı əlavə tədbirlərin inkişaf etdirilməsi ilə əlaqədar Albaniyanın iqtisadi böyüməsi 3,3%-ə çatacaq. "Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) noyabr ayı üçün hazırladığı "Regional İqtisadi Perspektivlər" adlı hesabatında qeyd edilib.

Hesabata görə, adıçəkilən ölkənin 2015-ci ildəki iqtisadi artımı 2,3% təşkil edib ki, bu da EBRD-nin may ayında verdiyi proqnozundan bir qədər aşağıdır.

Xatırladaq ki, əsas inşaat işləri gələn il başlanılacaq TAP layihəsi üzrə Avropaya ilk Azərbaycan qazı 2020-ci ilin əvvəllərində çatacaq.

Son xəbərlər

Orphus sistemi