EBRD-nin dəstəyi ilə həyata keçirilən layihənin II mərhələsi başlayır

EBRD-nin dəstəyi ilə həyata keçirilən layihənin II mərhələsi başlayır Fevralın 24-25-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçirilən “Yeni Yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin ikinci mərhələsinin başlanmasına dair ilk görüş olub.
Energetika
25 Fevral , 2020 14:52
EBRD-nin dəstəyi ilə həyata keçirilən layihənin II mərhələsi başlayır

Fevralın 24-25-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçirilən “Yeni Yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin ikinci mərhələsinin başlanmasına dair ilk görüş olub. 

“Report” bu barədə AERA-ya istinadən xəbər verir. 

Məlumata görə, görüşdə qurumun İdarə Heyətinin sədri Samir Axundov, İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov, EMTA-nın əməkdaşları və Energetika Nazirliyinin nümayəndələri, AYİB-in enerji məsələləri üzrə analitiki Maksim Meftah, DNV GL şirkətinin məsləhətçisi İlka Levinqton və digər ekspertlər işitirak ediblər.

Müzakirələri giriş sözü ilə S.Axundov və EBRD-nin enerji məsələləri üzrə analitiki Maksim Meftah açıb.

Daha sonra DNV GL şirkətinin məsləhətçisi İlka Levinqton layihə haqqında ümumi məlumat verib. O, layihənin ikinci mərhələsində qarşıya qoyulan məqsədləri, iş istiqamətləri, işçi qrupların tərkibi, iş rejimi və hazırlanacaq sənədlərin təsnifatı məsələlərinə toxunub və bildirib ki, bu mərhələdə AERA-nın potensialının gücləndirilməsi sahəsində və “Tənzimləyici haqqında” qanun layihəsi və normativ hüquqi aktlar üzərində işlər davam etdiriləcək. Beynəlxalq ekspertlər, həmçinin, AERA-nın mütəxəssislərinə enerji sektoru üzrə lisenziyalar, elektrik enerjisi bazarına nəzarət prosedurları, tənzimlənən müəssisələr arasında mübahisələrin həlli qaydaları, kadr potensialının artırılması və iş yerində təlimlər kimi məsələlərdə texniki və hüquqi yardım göstərəcəklər.

DNV GL şirkətinin məsləhətçisi İlka Levinqton əlavə edib ki, layihə çərçivəsində xarici ölkələrin tənzimləyici qurumlarında çalışan mütəxəssislər Azərbaycana dəvət olunaraq, bir neçə ay müddətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə öz təcrübələrini paylaşacaqlar. İkigünlük görüş işçi qruplar səviyyəsində davam etdirilib.

Qeyd edək ki, 2020-ci ilin fevralında EBRD-nin dəstəyi ilə həyata keçirilən “Yeni Yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin ikinci mərhələsinin başlanmasına dair Energetika Nazirliyi və Bank arasında razılıq əldə edilib. Layihənin ikinci fazasının icrası üçün DNV GL Energy Advisory GmbH şirkəti cəlb olunub. EBRD-nin dəstəyi ilə həyata keçirilən “Yeni Yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin birinci mərhələsi 2019-cu ilin noyabr ayında bitib.

Son xəbərlər

Orphus sistemi