EBRD Cənub Qaz Dəhlizinin genişləndirilməsində iştirakını nəzərdən keçirir

EBRD Cənub Qaz Dəhlizinin genişləndirilməsində iştirakını nəzərdən keçirir Hazırda Azərnaycan hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Cənub Qaz Dəhlizi ilə bağlı danışıqlar davam edir
Energetika
7 Fevral , 2023 13:15
EBRD Cənub Qaz Dəhlizinin genişləndirilməsində iştirakını nəzərdən keçirir
Kamola Mahmudova

Hazırda Azərnaycan hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi layihəsi ilə bağlı danışıqlar davam edir.

Bu barədə "Report"a açıqlamasında bankın Bakı ofisinin rəhbəri Kamola Mahmudova deyib.

"Hazırda biz layihə ilə bağlı iqtisadi təhlillərin nəticələrini gözləyirik. Bu nəticələrə baxıldıqdan sonra EBRD bu layihənin maliyyələşməsinin təşkili və ya maliyyələşməsində iştirakı nəzərdən keçirə bilər", - deyə K.Mahmudova bildirib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas komponentləri “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin edən Trans-Adriatik Boru Kəməri (TAP) layihələridir.

SGC layihəsinin ümumi dəyəri 38 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan qazının TANAP ilə Türkiyəyə nəqli 2018-ci ilin yayında, TAP ilə Avropaya tədarükü isə 2020-ci il dekabrın 31-dən başlayıb.

Son xəbərlər

Orphus sistemi