Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Bakı Enerji Forumunu müxtəlif maraqlı tərəflərlə fikir mübadiləsi aparmaq, eləcə də Azərbaycanın “yaşıl” enerji sektorunda ideyalar ortaya çıxarmaq və yeni imkanlar yaratmaq üçün mühüm platforma hesab edir.
Bunu “Report”a müsahibəsində EBRD-nin Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen deyib.
O bildirib ki, 27-ci Bakı Enerji Forumu EBRD-nin Enerji Strategiyasına birbaşa aidiyyəti olan bir neçə mövzunu müzakirə etmək üçün müxtəlif maraqlı tərəfləri, o cümlədən yüksək səviyyəli hökumət rəsmilərini, transmilli enerji şirkətlərini və maliyyə institutlarını bir araya gətirəcək.
“Biz xüsusilə “yaşıl” enerjiyə keçidə həsr olunmuş sessiyalarda, o cümlədən “Yaşıl enerjinin bərpası”, “Sıfır istehlaka gedən yol” və “Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı imkanları” mövzuları üzrə müzakirələrdə fəal olacağıq”, - K.Hansen əlavə edib.
Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.