EBRD: TAP iki ildə Albaniyanın əsas inkişaf amili olacaq

EBRD: TAP iki ildə Albaniyanın əsas inkişaf amili olacaq Layihənin növbəti illərdə ÜDM-in 3%-i, yaxud 300 mln. avro həcmində investisiyaya təkan verəcəyi gözlənilir
Energetika
4 Noyabr , 2016 12:29
EBRD: TAP iki ildə Albaniyanın əsas inkişaf amili olacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Xəzər qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) növbəti iki il ərzində Albaniyanın inkişafında əsas amil olacaq.

“Report” Albaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) regional iqtisadi perspektivlər barədə noyabr hesabatında qeyd olunub.

Hesabata əsasən, TAP-ın Albaniya hissəsində artıq keçid yolları və körpüləri tamamlayaraq tikinti mərhələsinə keçməsi ilə bu ölkənin inkişafı investisiya istiqamətli olacaq və boru kəmərinin növbəti illərdə ÜDM-in 3%-i, yaxud 300 mln. avro həcmində investisiyaya təkan verəcəyi gözlənilir: “2016-2017-ci illərdə TAP-ın tam olaraq tikintiyə daxil olduğu dövrdə ümumi investisiyanın ildə ÜDM-in 1,5%-i həcmində olacağı gözlənilir”.

Albaniya ekspertləri TAP-ı ölkə üçün həm siyasi, həm də iqtisadi cəhətdən faydalı olacağını düşünür və Qərbi Balkan ölkələrində əhəmiyyətli qaz kəməri mərkəzinə çevirəcək layihə kimi qiymətləndirirlər.

Qeyd edək ki, EBRD Albaniyanın 2016-2017-ci illər üçün iqtsadi artım proqnozunu müvafiq olaraq 3,3% və 3,5% səviyyəsində saxlayıb. Bu isə Albaniya hökumətinin 2016-cı ildə 3,4%, 2017-ci ildə 3,9% iqtisadi artım proqnozundan cüzi aşağıdır.

EBRD indiyədək Albaniya iqtisadiyyatının müxtəlif sektorları üzrə 70-dən çox layihəyə 1 mlrd. avro investisiya yatırıb.

Son xəbərlər

Orphus sistemi