Dünyanın ən iri üzən günəş stansiyası mayda tam istifadəyə veriləcək

Dünyanın ən iri üzən günəş stansiyası mayda tam istifadəyə veriləcək 150 MVt gücündəki layihənin inşasına iyulda start verilib
Energetika
11 Dekabr , 2017 15:33
Dünyanın ən iri üzən günəş stansiyası mayda tam istifadəyə veriləcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Çində inşa olunan dünyanın ən iri üzən günəş elektrik stansiyasının bir hissəsi ötən gün şəbəkəyə qoşulub.

“Report” xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, bütün obyektin isə gələn ilin may ayında şəbəkəyə qoşulacağı nəzərdə tutulur.

Qeyd edək ki, 1 mlrd. yuan dəyərindəki stansiya Çinin şərq əyaləti - Anxoyda yerləşir. Stansiyanı “China Tree Gorges” şirkətinin törəmə müəssisəsi inşa edir. 150 MVt gücündəki layihənin inşasına bu ilin iyul ayında başlanılıb.

Son xəbərlər

Orphus sistemi