Dünyanın ən iri günəş elektrik stansiyasının inşasına başlanılıb

Dünyanın ən iri günəş elektrik stansiyasının inşasına başlanılıb Stansiyanın gücü 700 MVt, qurğunun hündürlüyü isə 260 metr olacaq
Energetika
18 Sentyabr , 2017 14:17
Dünyanın ən iri günəş elektrik stansiyasının inşasına başlanılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın günəş kollektorlu ən böyük elektrik stansiyasının tikintisi layihəsinə start verilib.

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin "The National" nəşriyyatı məlumat yayıb.

Elektrik stansiyasının gücü 700 MVt olacaq. Qurğunun hündürlüyü isə 260 metrə çatacaq ki, bu da dünyada ən hündür günəş elektrik stansiyası olacaq. Stansiyanın inşaat tenderini Səudiyyə Ərəbistanı və Çindən olan podratçı şirkətlərin ortaq konsorsiumu qazanıb. Layihənin dəyəri 3,9 mlrd. dollardır.

Dubay rəsmiləri bildiriblər ki, 2020-ci ildə Əmirliyin elektrik generasiyasında "təmiz" mənbələrin payı 25%-ə, 2050-ci ildə isə 75%-ə çatmalıdır.

Son xəbərlər

Orphus sistemi