Yuxarı
    Bağlamaq

    Dünyanın ən dərin quyusunun qazılması başa çatıb

    Vulkanik quyu adi geotermal stansiyalardan 10 qat çox elektrik enerjisi verəcək

    Bakı. 2 fevral. REPORT.AZ/ İslandiyada dünyanın ən dərin vulkanik quyusunun qazılması prosesi başa çatıb. "Report" "RBK" agentliyinə istinadən xəbər verir ki, bu barədə "İslandiya Dərin Qazmalar Layihəsi"nin (IDDP) rəsmi saytında məlumat verilib.

    Məlumatda quyunun dərinliyinin 4 659 metr, onun daxilində temperaturun 427 dərəcə, təzyiqin isə 340 bar olduğu bildirilir. Tunelin Reykyanes yarımadasında yerləşdiyi açıqlanıb. Son dəfə burada vulkan püskürməsi 700 il əvvəl olub. Qazma işləri 2016-cı il avqustun 11-də başlayıb və 176 gün davam edib.

    Layihə çərçivəsində Yer təkinin istilik enerjisinin elektrik enerjisinə çevrilməsi nəzərdə tutulub. Ekspertlərin fikrincə, quyudakı buxar adi geotermal stansiyadan 10 qat daha çox enerji vermək qabiliyyətinə malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi