Yuxarı

BEA: Dünyada neftə olan tələbat 2015-2020 illərdə artacaq

2020-ci ildə qlobal bazarın qara qızıla olan tələbatı 99.1 mln. barel/gün səviyyəsində olacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Beynəlxalq Enerji Agentliyi (BEA) yaxın beş il üçün dünyada neftə olan tələbatla bağlı proqnozunu açıqlayıb.

"Report" RİA "Novosti" agentliyinə istinadla xəbər verir ki, BEA ekspertlərinin fikrincə, dünya bazarlarında neftə olan tələbat 2015-2020 dönəmində artacaq. Belə ki, 2020-ci ildə qlobal bazarın "qara qızıla" olan tələbatı 99.1 mln. barel/gün səviyyəsində olacaq.

Eyni zamanda, BEA öz məruzəsində qeyd edir ki, növbəti beş il ərzində neft tələbatı gündə 6.6 mln. barel artacaq. 2020-ci ildə neft istehsalının gücü dünya miqyasında 103.2 mln. barel/gün səviyyəsində proqnozlaşdırılır.

OPEC-ə daxil olmayan dövlətlərdə 2020-ci il üçün neft ishehsalının həcmi 60 mln. barel/gün səviyyəsində olacaq. Bu isə istehsal gücünün ildə 570 bin barrel artımı deməkdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi