Yuxarı
    Bağlamaq

    ​Dünyada fəal neft-qaz quyularının sayı sürətlə azalır

    Ən çox azalma 53,4%-lə Kanadada qeydə alınıb

    Bakı. 10 may. REPORT.AZ/ Neft-qaz quyularının sayı aprel ayında dünya üzrə 127 ədəd və ya 8,2% azalaraq 1 424 ədəd təşkil edib. "Report" "Baker Hughes" neft-qaz sektoru xidmət şirkətinin hesabatına istinadən xəbər verir ki, keçən ilin analoji dövrü ilə müqayisədə isə quyuların sayı 37,2% və ya 844 ədəd azalıb.

    "Baker Hughes"in hesabatına görə, ən çox azalma Kanadada qeydə alınıb. Belə ki, aprel ayında Kanadada neft-qaz quyularının sayı 47 ədəd və ya 53,4% azalaraq 41 ədəd təşkil edib. ABŞ-da isə quyuların sayı aprel ayında 41 ədəd və ya 8,6% azalaraq 437 ədəd təşkil edib.

    Ən kiçik dəyişiklik Afrikada müşahidə olunub. Burada quyuların sayı 1 ədəd və ya 1,1% azalaraq 90 ədədə çatıb. Latın Amerikasında fəaliyyətini dayandıran quyuların sayı 15 ədəd və ya 6,9% olub və nəticədə quyuların sayı 203 ədədə enib. Avropada aktiv quyuların sayı 6 ədəd və ya 6,3% azalaraq 90 ədəd təşkil edib. Yaxın Şərqdə quyuların sayı 13 ədəd və ya 3,3% azalaraq 384 ədədə bərabər olub. Asiya-Pasifik bölgəsində isə 4 ədəd və ya 2,2% azalan quyuların sayı 179 ədədə enib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi