Bakı. 24 yanvar. REPORT.AZ/ Dünya enerji balansında 2030-cu ilə qədər qaz kömürü keçəcək, 2040-cı ilə qədər isə neftdən sonra ikinci sırada yer alacaq.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı "Qazprom"un Direktorlar Şurasının sədri Viktor Zubkov verib.
Qeyd edək ki, bu barədə konsensus proqnoz "Qaz ixrac edən ölkələr Forumu" təşkilatı yanvarın 17-də dərc oluna hesabatında dərc edilib. V.Zubkovun sözlərinə görə, "hazırda neft və qaz qiymətləri yüksək volatillik göstərir. Neft qiymətləri sabitləşsə də qaz qiymətlərində azalma 2 ildir davam edib."
Xatırladaq ki, "Qaz ixrac edən ölkələr Forumu" qeyri-formal təşkilatı 2008-ci ildə yaranıb və Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, BƏƏ, Rusiya, Trinidad və Tobaqo ilə Ekvatorial Qvineyadan ibarətdir. Təşkilatın müşahidəçi ölkələr siyahısında isə Niderland, Norveqiya, Qazaxıstan, İraq, Oman, Peru və Azərbaycan yer alır.