Yuxarı

​Dünya bazarında xam neft bahalaşıb

Brent markalı neftin qiyməti 48,6 dollar/bareli keçib

Bakı. 25 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,54 dollar, yaxud 1,12% bahalaşaraq 48,62 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,26 dollar və ya 0,54% irəliləyərək 48,61 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi