Neft 6% ucuzlaşıb

Neft 6% ucuzlaşıb Dünya bazarlarında neft, təxminən, 4,5% ucuzlaşıb. Buna Çində koronavirusun yayılması fonunda neftə olan tələbin azalması riskinin yenidən bərpa olunması səbəb olub.
Energetika
15 Mart , 2022 10:00
Neft 6% ucuzlaşıb

Dünya bazarlarında neft, təxminən, 4,5% ucuzlaşıb. Buna Çində koronavirusun yayılması fonunda neftə olan tələbin azalması riskinin yenidən bərpası səbəb olub.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 4,66% ucuzlaşaraq, 1 bareli 101,92 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 4,57% aşağı düşərək, 1 bareli 98,3 ABŞ dolları təşkil edib.

Yeni yoluxma halları haqqında xəbərlərin yayılmasından sonra Çinin bir neçə şəhərində koronavirus məhdudiyyətləri sərtləşdirilib. Vəziyyətin ciddi olduğu bildirilir.

Bu, yeni sosial-iqtisadi məhdudiyyətlərə səbəb ola bilər ki, nəticədə qlobal xammal tələbi azala bilər. Bu səbəbdən hazırda neft qiymətləri fəal şəkildə düşməkdədir.

İngilis versiyası Oil prices fall almost 5%

Son xəbərlər

Orphus sistemi