​Dünya bazarında neft kəskin bahalaşıb

​Dünya bazarında neft kəskin bahalaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci ildə neftin orta qiyməti 48 dollar/barel olacaq
Energetika
28 Avqust , 2015 09:13
​Dünya bazarında neft kəskin bahalaşıb

Bakı. 28 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,96 dollar və ya 10,26% bahalaşaraq 42,56 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 10,25% yaxud 4,42 dollar artaraq 47,56 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi