Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında xam neftin qiyməti son 13 ilin minimumuna enib

    Brent markalı xam neft isə 29,74 dollar/barelə qədər ucuzlaşıb

    Bakı. 15 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 30 dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu gün saat 13:00-a olan məlumata görə, ABŞ-ın WTI markalı xam neftinin qiyməti 29,60 dollar/barelə düşüb.

    Məlumata görə, London birjasında satışa çıxarılan "Brent" markalı xam neft isə 29,74 dollar/barelə qədər ucuzlaşıb.

    Qeyd edək ki, WTI markalı xam neft sonuncu dəfə 2003-cü ilin dekabrında 29,66 dollar/barelə satılıb. "Brent" markalı xam neft isə 2004-cü ilin fevralında 28,44 dollar/barelə satılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi