Dünya bazarında xam neftin aprel ayı üçün orta qiyməti açıqlanıb

Dünya bazarında xam neftin aprel ayı üçün orta qiyməti açıqlanıb "Urals"ın qiyməti 60 dollar/barel, "BTC FOB Ceyhan" tipli xam neftin qiyməti 61,4 dollar/barel olub
Energetika
1 May , 2015 17:42
Dünya bazarında xam neftin aprel ayı üçün orta qiyməti açıqlanıb

Bakı. 1 may. REPORT.AZ/ Cari ilin aprel ayında dünya bazarında təyyarə yanacağının 1 tonunun orta qiyməti 553,10 ABŞ dolları olub. 

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu, "Platts European Marketscan" nəşrində "FOB MED (Italy)" başlığı altında dərc olunmuş neft məhsullarının dünya bazarı kotirovkalarında göstərilib.

Məlumatlara görə, ötən ay etilləşdirilməmiş benzinin qiyməti 622,30 dollar/ton, dizel yanacağının qiyməti 528,91 dollar/ton, 1% kükürdlü mazutun qiyməti isə 326,50 dollar/ton olub.

"Platts Crude Oil Marketwire" nəşrinə görə, bu ilin aprelində "BTC FOB Ceyhan" tipli xam neftin bir barelinin qiyməti 61,42 ABŞ dolları olub. Nəşr "Brent" (DTD) tipli xam neftin qiymətinin 59,76 dollar/barel, "Urals" (MED) tipli xam neftin dəyərinin isə 60,00 dollar/barel olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi