​Dünya bazarında xam neft yenidən ucuzlaşıb

​Dünya bazarında xam neft yenidən ucuzlaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı gözlənilir
Energetika
21 İyul , 2015 09:25
​Dünya bazarında xam neft yenidən ucuzlaşıb

Bakı. 21 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,74 dollar və ya 1,45% ucuzlaşaraq 50,15 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,79%, yaxud 0,45 dollar geriləyərək 56,65 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi