Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında xam neft ucuzlaşıb

    Brent markalı neftin qiyməti 60,5 dollar/barelə düşüb

    Bakı. 6 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,52% yaxud 0,77 dollar ucuzlaşaraq 50,76 dollar təşkil edib.

    "Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,12% və ya 0,07 dollar ucuzlaşaraq 60,48 dollara olub.

    Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı təxmin edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi