Bakı. 28 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,85 dollar yaxud 2,70% bahalaşaraq 32,30 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,30 dollar və ya 4,10% bahalaşaraq 33,10 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 37 dollar/barel olacağı gözlənilir.