Yuxarı

Neft yenidən bahalaşıb

Brent markalı neftin qiyməti 37,8 dollar/barelə çatıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,06 dollar yaxud 2,90% bahalaşaraq 37,87 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,17 dollar və ya 3,20% bahalaşaraq 37,79 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi