​Dünya bazarında neftin qiyməti düşüb

​Dünya bazarında neftin qiyməti düşüb "Brent"in qiyməti 69 dollar/barelə düşüb
Energetika
6 Dekabr , 2014 11:55
​Dünya bazarında neftin qiyməti düşüb
Bakı. 6 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,47% yaxud 0,97 dollar ucuzlaşaraq 65,84 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qitymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 0,83% və ya 0,57 dollar ucuzlaşaraq 69,07 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 75 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi