​Dünya bazarında neftin ucuzlaşması davam edir

​Dünya bazarında neftin ucuzlaşması davam edir "Brent" markalı neftin qiyməti 1,18%, yaxud 0,65 dollar geriləyərək 54,62 dollar/barel olub
Energetika
25 İyul , 2015 09:24
​Dünya bazarında neftin ucuzlaşması davam edir

Bakı. 25 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,31 dollar və ya 0,64% ucuzlaşaraq 48,14 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,18%, yaxud 0,65 dollar geriləyərək 54,62 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi