Dünya bazarında neftin qiymətləri sabitləşmək üzrədir

Dünya bazarında neftin qiymətləri sabitləşmək üzrədir Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mümkün məhdudiyyətlərin tətbiqi və OPEC+ alyansının müqaviləsi ilə bağlı qeyri-müəyyənlik fonunda dünya bazarında neft qiymətləri demək olar ki, heç bir dinamika nümayiş etdirmir.
Energetika
16 İyul , 2021 12:49
Dünya bazarında neftin qiymətləri sabitləşmək üzrədir

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mümkün məhdudiyyətlərin tətbiqi və OPEC+ alyansının müqaviləsi ilə bağlı qeyri-müəyyənlik fonunda dünya bazarında neft qiymətləri demək olar ki, heç bir dinamika nümayiş etdirmir.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:28-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri dəyişməyərək, 1 bareli 73,47 ABŞ dolları səviyyəsində qalıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,34% artaraq, 1 bareli 71,69 dollar təşkil edib.

Koronavirusun yeni “Delta” ştammının geniş yayılmağa başlaması səbəbindən “qara qızıl”ın qiymətləri mart ayından indiyədək ən aşağı qiymətə düşüb. İnvestorlar yeni məhdudiyyətlərin tətbiqinin yanacağa olan tələbata təsir göstərə biləcəyini hesab edirlər.

BƏƏ-nin prinsipial mövqeyi səbəbindən OPEC+ alyansının iyulun əvvəllərində keçirilmiş görüşləri nəticəsiz qalıb. Növbəti görüş təxirə salınıb və onun yeni tarixi hələ təyin edilməyib. Kvotalar əvvəlki səviyyədə saxlanılır.

“Bloomberg” agentliyi BƏƏ və OPEC arasında kompromisin əldə olduğunu açıqlasa da, sonradan BƏƏ-nin Energetika Nazirliyiə istinadən danışıqların davam etdiyini xəbər verib.

Son xəbərlər

Orphus sistemi