Dünya bazarında neftin qiyməti yenə ucuzlaşıb

Dünya bazarında neftin qiyməti yenə ucuzlaşıb ​"Brent" markalı neftin hər bareli 40 dollara yaxınlaşıb
Energetika
287
9 Dekabr , 2015 09:03
Dünya bazarında neftin qiyməti yenə ucuzlaşıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,14 dollar yaxud 0,37% geriləyərək 37,51 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,47 dollar və ya 1,15% ucuzlaşaraq 40,26 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 42 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası Oil prices reduced again