Yuxarı

​Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb

Brent markalı neft isə 1,52 dollar və ya 4,75% ucuzlaşaraq 30,50 dollar/barelə bərabər olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,72 dollar yaxud 5,37% ucuzlaşaraq 30,34 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,52 dollar və ya 4,75% ucuzlaşaraq 30,50 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 34 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi