Dünya bazarında neftin qiyməti düşüb

Dünya bazarında neftin qiyməti düşüb "Brent"in bir bareli 41,36 dollar təşkil edib
Energetika
23 Mart , 2016 09:26
Dünya bazarında neftin qiyməti düşüb

Bakı. 23 mart. REPORT.AZ/ London və Nyu-Yorkun əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiyməti düşüb.

"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin aprel fyuçersləri 1,23% düşərək, bir barelə görə 40,94 dollar təşkil edib.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçersləri isə 1,03% aşağı düşərək, 41,36 dollar/barel təşkil edib.

İngilis versiyası World oil prices decreased

Son xəbərlər

Orphus sistemi