Dünya bazarında neftin qiyməti düşüb

Dünya bazarında neftin qiyməti düşüb Bazarda təklif bolluğunun davam etməsi barədə Beynəlxalq Enerji Agentliyinin açıqlaması qiymətlərin iki gündür azalmasına təkan verib
Energetika
12 Fevral , 2021 12:28
Dünya bazarında neftin qiyməti düşüb

OPEC tərəfindən neftə tələbata dair proqnozu azaltması, habelə bazarda təklif bolluğunun davam etməsi barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) açıqlaması qiymətlərin iki gündür azalmasına təkan verib.

“Report” xəbər verir ki, bu gün səhər hərraclarında “Brent” markalı neftin aprel fyüçersləri 0,72 faiz ucuzlaşaraq 60,7 ABŞ dollarından, “” markalı neftin mart fyüçersləri də 0,79 faiz ucuzlaşaraq 57,78 dollardan satılıb. Dünənki hərraclar 2020-ci ilin yanvar ayından bu yana ən yüksək qiymətlərlə bağlanmışdı.

“Reuters” xəbər verir ki, son həftələr ərzində neftin bahalaşması OPEC+ formatı çərçivəsində hasilatın ixtisarı, üstəlik Səudiyyə Ərəbəstanı da daxil olmaqla bəzi iştirakçı ölkələrin fevral – mart aylarında əlavə olaraq hasilatı azaltmaları ilə bağlıdır.

Xatırladaq ki, dünən OPEC dünyada neftə tələbata dair proqnozunu azaldıb. Həmçinin İEA-nın qənaətincə, neft bazarındakı təklif tələbatı üstələməyə davam etsə də, koronavirusa qarşı peyvəndləmə nəticəsində tələbatın artacağı gözlənilir.

ABŞ Enerji Məlumatları Administrasiyasının (EİA) açıqlamasına görə ölkədə hasilatın böhrandan əvvəlki səviyyəyə çatdığı üçün ötən həftə neft ehtiyatları 6 milyon bareldən çox azalıb. Halbuki ekspertlər ehtiyatların 1 milyon barel artacağını gözləyirdilər. Həmçinin benzin ehtiyatları da 1,8 milyon barel artım proqnozuna qarşı 4,3 milyon barel artıb.

Son xəbərlər

Orphus sistemi