Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında neftin qiyməti dəyişməyib

    Azərbaycanın AzeriLTCIF markalı xam neftinin qiyməti isə 38,05 dollar/barel təşkil edib

    Bakı. 26 dekabr. REPORT.AZ/ Xristian ölkələrində Milad bayramı (Merry Christsmas) münasibətilə istirahət günü olduğundan, həmçinin fond birjaları işləmədiyindən, dünya bazarında xam neftin və fond indekslərinin qiymətində heç bir dəyişiklik olmayıb. 

    "Report" xəbər verir ki, məlum səbəbdən ABŞ-ın NYMEX əmtəə birjası işləmədiyindən, WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti dəyişməz qalaraq 38,10 dollar/barel təşkil edib.

    Məlumata görə, ICE London qitələrarası birjasında da iş vaxtı olmadığından, "Brent" markalı xam neftin qiyməti 37,89 dollar/barel, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "AzeriLTCIF" markalı xam neftin qiyməti isə 38,05 dollar/barel təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi