Dünya bazarında neftin qiyməti bir qədər azalıb

Dünya bazarında neftin qiyməti bir qədər azalıb Cümə günü səhər saatlarında dünya bazarında neft qiymətləri tədarükdə kəsilmələrin olması və qıtlığın yaşanması ilə bağlı narahatlıqların azalması fonunda bir qədər ucuzlaşıb.
Energetika
25 Mart , 2022 11:15
Dünya bazarında neftin qiyməti bir qədər azalıb

Cümə günü səhər saatlarında dünya bazarında neft qiymətləri tədarükdə kəsilmələrin olması və qıtlığın yaşanması ilə bağlı narahatlıqların azalması fonunda bir qədər ucuzlaşıb.

“Report” xəbər verir ki, bunu ticarət məlumatları göstərir.

“Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0,4 % ucuzlaşaraq 118,55 ABŞ dolları/barelə düşübsə, "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 0,47 % azalaraq bir barel üçün 111,81 ABŞ dolları təşkil edib.

Cümə günü səhər neft bazarında Avropa İttifaqı ölkələrinin Rusiya neftini boykotla bağlı razılığa gələ bilməməsi ilə bağlı xəbərlər fonunda qiymətlərdə enmə müşahidə olunub.

Bundan əlavə, Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) bu yaxınlarda fırtına nəticəsində zədələnmiş yanalma körpüləri vasitəsilə Qazaxıstandan ixracın qismən bərpası ilə bağlı xəbərlər də öz təsirini göstərib.

Son xəbərlər

Orphus sistemi