Dünya bazarında neft bahalaşmaqda davam edir

Dünya bazarında neft bahalaşmaqda davam edir "Brent" markalı neftin bir barelinin qiyməti 45,32 dollara bərabər olub
Energetika
7 May , 2016 08:16
Dünya bazarında neft bahalaşmaqda davam edir

Bakı.7 may.REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiymətində artım müşahidə olunub.

"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyun fyuçersləri 0,77%, yaxud 0,34 dollar artaraq bir barel üçün 44,66 dollar təşkil edib.

Londonun "ICE Futures" birjasında isə "Brent" markalı neftin iyul qiymətləri 0,69% və ya 0,31 dollar artaraq bir barelə görə 45,32 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi