Bakı. 18 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,95% yaxud 1,62 dollar bahalaşaraq 56,47 ABŞ dolları təşkil edib.
"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qitymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 0,86% və ya 0,51 dollar bahalaşaraq 59,80 dollara çatıb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 64 dollar/barel olacağı proqnozlaşdırılır.