Dünya bazarında neftin qiyməti artır

Dünya bazarında neftin qiyməti artır Bu gün Bakı vaxtı ilə saat 15:30-da London birjasında Brent markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,63% artaraq 71,77 dollara yüksəlib.
Energetika
13 May , 2019 15:30
Dünya bazarında neftin qiyməti artır

Bu gün Bakı vaxtı ilə saat 15:30-da London birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,63% artaraq 71,77 dollara yüksəlib.

“Report” xəbər verir ki, Nyu-York əmtəə birjasında WTI markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 1,43% artaraq bir barelə görə 62,54 dollara bərabər olub.

“Bloomberg” agentliyi bildirir ki, neftin qiymətindəki artım ötən gün Fars körfəzində Səudiyyə Ərəbistanın iki tankerinə hücumla əlaqədardır.

İngilis versiyası Oil prices go up

Son xəbərlər

Orphus sistemi