Yuxarı

​Dünya bazarında neft 6% ucuzlaşıb

Brent markalı neftin qiyməti 34 dollara enib

Bakı. 7 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,00 dollar yaxud 5,56% ucuzlaşaraq 33,97 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 2,19 dollar və ya 6,01% ucuzlaşaraq 34,23 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 37 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi