Dünya bazarında neftin qiyməti 5%-ə qədər ucuzlaşıb

Dünya bazarında neftin qiyməti 5%-ə qədər ucuzlaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı təxmin edilir
Energetika
14 Mart , 2015 10:01
Dünya bazarında neftin qiyməti 5%-ə qədər ucuzlaşıb

Bakı. 14 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,93%, yaxud 2,21 dollar ucuzlaşaraq 44,84 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 4,41% və ya 2,41 dollar ucuzlaşaraq 54,67 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi