Yuxarı

​Dünya bazarında neftin qiyməti 5% bahalaşıb

2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır

Bakı. 15 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,34% yaxud 2,59 dollar bahalaşaraq 48,48 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 4,31% və ya 2,10 dollar bahalaşaraq 48,69 dollara qalxıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi