Dünya bazarında neft 2% bahalaşıb

Dünya bazarında neft 2% bahalaşıb Rusiyanın bazara tədarüklə bağlı narahatlıqlar fonunda neftin qiyməti, təxminən, 2% bahalaşıb.
Energetika
9 Mart , 2022 10:41
Dünya bazarında neft 2% bahalaşıb

Rusiyanın bazara tədarükü ilə bağlı yaranmış narahatlıq fonunda neft, təxminən, 2% bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 2,06% bahalaşaraq, 130,62 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,63% artaraq, 1 bareli 125,72 ABŞ dolları təşkil edib.

Neft hasilatı üzrə dünya liderlərindən olan Rusiyaya qarşı sanksiyalar qiymətlərin 2008-ci ilin maksimum səviyyəsində qalmasına şərait yaradır.

Xatırladaq ki, martın 8-də ABŞ Rusiyadan neftin, bir sıra neft məhsullarının, sıxılmış təbii qazın və kömürün idxalına qadağa qoyub.

İnvestorlar Amerika Neft İnstitutunun (API) statistikasına da diqqət ayırırlar. İnstitutun məlumatlarına görə, martın 4-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 2,8 milyon barel artıb. Hazırda ABŞ-ın Energetika Nazirliyinin ölkədəki neft ehtiyatları ilə bağlı rəsmi açıqlaması gözlənilir. Analitiklər ehtiyatların 0,7 milyon barel azalacağını gözləyirlər.

Son xəbərlər

Orphus sistemi