​Dünya bazarında neftin bahalaşması davam edir

​Dünya bazarında neftin bahalaşması davam edir Qiymət ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barel olacağı gözlənilir
Energetika
4 Sentyabr , 2015 09:10
​Dünya bazarında neftin bahalaşması davam edir

Bakı. 4 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,50 dollar və ya 1,08% bahalaşaraq 46,75 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,36% yaxud 0,18 dollar artaraq 50,68 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi