Yuxarı

​Dünya bazarında neft yenidən ucuzlaşıb

Brent markalı neft isə 1,42 dollar və ya 4,09% azalaraq 33,27 dollar/barelə bərabər olub

Bakı. 24 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,52 dollar yaxud 4,55% ucuzlaşaraq 31,87 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,42 dollar və ya 4,09% azalaraq 33,27 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 36 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi