​Dünya bazarında neft yenidən ucuzlaşıb

​Dünya bazarında neft yenidən ucuzlaşıb "Brent"in qiyməti 57 dollar/barelə düşüb
Energetika
13 Mart , 2015 09:23
​Dünya bazarında neft yenidən ucuzlaşıb

Bakı. 13 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,38% yaxud 1,12 dollar ucuzlaşaraq 47,05 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 0,81% və ya 0,46 dollar ucuzlaşaraq 57,08 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 54 dollar/barel olacağı təxmin edilir. 

Son xəbərlər

Orphus sistemi