​Dünya bazarında neft yenidən bahalaşıb

​Dünya bazarında neft yenidən bahalaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı gözlənilir
Energetika
17 Aprel , 2015 09:35
​Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 17 aprel.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,56% yaxud 0,32 dollar bahalaşaraq 56,71 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım müşahidə olunub. "Brent"in bir barelinin qiyməti 1,06% və ya 0,67 dollar bahalaşaraq 63,98 dollara qalxıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi