​Dünya bazarında neft yenidən bahalaşıb

​Dünya bazarında neft yenidən bahalaşıb "Brent" markalı neftin qiyməti 62,6 dollar/barelə çatıb
Energetika
28 Fevral , 2015 09:27
​Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 28 fevral.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,20% yaxud 1,59 dollar bahalaşaraq 49,76 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 4,04% və ya 2,53 dollar bahalaşaraq 62,58 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi