Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb "Brent"in qiyməti 67,5 dollar/bareli keçib
Energetika
6 May , 2015 08:10
Neft yenidən bahalaşıb

Bakı. 6 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,50% yaxud 1,47 dollar bahalaşaraq 60,40 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də müsbət dəyişiklik müşahidə edilib. Belə ki, bu markalı neftin qiyməti 1,61% yaxud 1,07 dollar artaraq 67,52 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 69 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi